Sarkisyanın Qarabağ müşavirəsi: Arxasında nə dayanır?

“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi provakasiya, aparılan danışıqlar prosesini fiaskoya uğratmağa hesablanmış addımdır”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Sarkisyan növbəti aylarda təxribata əl ata bilər: “Qeyd edim ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş Ağdamın Uzundərə adlanan ərazisində ağır artilleriya vasitələrinin iştirakı ilə hərbi təlimlər keçirir. Bu təlimlər və erməni ordusunun son günlərdə hərbi hərəkətliliyi cəbhədə müdafiə xəttini gücləndirməsindən irəli gəlir. Bundan əlavə, növbəti aylarda Serj Sarkisyan daxili narazlıqları səngitmək üçün cəbhədə təxribata əl ata bilər. Ermənistan prezidentinin hərbçilərlə müşavirəsi əsasən son aylarda Qarabağda erməni ordusunun daxilində artan ölüm halları, fərarilik, ərzaq qıtlığı Ermənistan tərəfdən gələn hərbçilərlə Qarabağdakı ermənilər arasında getdikcə silahlı insidentin artması və s. ciddi problemlərə aydınlıq gətirmək, qanunsuzluqlara son qoymaq məqsədi daşıyır. Hazırda Azərbaycanın artan hərbi təzyiqləri fonunda erməni hərbçisi səngərdə xidmətdən yayınır”.

 

Vilayət Muxtar

Cebhe.info

 

16:46