Sankt-Peterburqda üçgünlük matəm elan edilib

Sankt-Peterburq metrosunda baş vermiş partlayışlardan sonra şəhərdə aprelin 4-dən etibarən üçgünlük matəm elan edib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “Twitter” səhifəsində şəhər qubernatorunun mətbuat katibi Andrey Kibitov bildirib.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Rusiya səhiyyə naziri Veronika Skvortsova partlayış nəticəsində 10 nəfərin öldüyünü və 47 nəfərin yaralandığını bildirib.

Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.

Qeyd edək ki, bu acı hadisə Bakıda 1994-cü ildə metroda baş vermiş iki terror aktını yenidən yadımıza saldı. Bakıdakı birinci terror aktı zamanı 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı. İkinci terror aktı zamanı isə 13 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdı.

"Xudafərin" dərgisi, eləcə də Xudaferin.eu saytı olaraq terroru pisləyirik. Ölənlərin ailələrinə və yaxınlarına səbr diləyirik.

Xudaferin.eu

22:38