Sankt-Peterburqda terror aktında azərbaycanlı qız ölüb – FOTO + YENİLƏNİB

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı Dilbarə Əliyeva da olub.

Məlumata görə Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.

Xudaferin.eu xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: “Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı”.

20 yaşlı Dilbarənin rəfiqəsi Rusiya KİV-nə danışıb. 

O bildirib ki, Dilbərin ən böyük arzusu idman psixoloqu olmaq idi.

Onu da əlavə edək ki, terror qurbanı olan həmyerlimiz ailənin yeganə qız övladı olub, onun bir qardaşı var. 

Qeyd edilir ki, Dilbarə çox saylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin aprelin 4-də dünyasını dəyişib. Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər. 


 

Xudaferin.eu
 

12:43