Samvel Babayan barəsində həbs qətikman tədbiri seçildi

 

Samvel Babayan barəsində həbs qətikman tədbiri seçildiYerevan məhkəməsi qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq müdafiə naziri Samvel Babayan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

 

Bu barədə S.Babayanın vəkili Avetis Kalaşyan bildirib. Onun sözlərinə görə, S.Babayan və daha iki şəxs "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. Vəkil qeyd edib ki, S.Babayan özünü təqsirli bilmir, işin detalları isə bu gün açıqlanacaq.

Bundan öncə xəbər verdiyimiz kimi, S.Babayan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.

Hurriyyet.org 

11:00