Sajad Malik: ‘‘İnsanlar pәncәrәlәri, qapıları olmayan evlәrә qayıdırlar’’

BMT-nin Suriyaya humanitar yardım üzrә koordinatorunun müavini  Sajad Malik әldә olunan әtәşkәs müqavilәsindәn sonra suriyalıların Hәlәbә geri qayıddıqlarını deyib. Hələbdən telekonfrans vasitәsilә mətbuat konfransına qatılan Malik indiyə qədər 2 min 200 suriyalı ailenin Hәlәbin şәrqinә qayıtdığını deyib.

Malik qeyd edib ki: ‘‘Hava çox soyuqdur vә insanlar pәncәrәlәri, qapıları olmayan  evlәrә qayıdırlar’’.
Malik müharibədәn әvvәl  4 milyon insanın yaşadığı şәhәrdә  hazırda 1,5 milyon insanın olduğunu təxmin etdiklərini bildirib. Malik  Hələbdə 5 ildir məktəbə gedә bilmәyәn və psixoloji dəstəyə ehtiyac duyan uşaqlara isə BMT Uşaqlara Yardım Fondunun  bir bölgədə xidmət verməyə başladığını deyib.

Xudaferin.eu

08:25