Saakaşviliyə hökm oxundu

Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvilini parlamentin keçmiş deputatı Valeri Qelaşviliyə qarşı hücumun təşkilində təqsirli bilib və onu qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib.

Xudaferin.eu xəbər verir ki, bu haqda Gürcüstan KİV-də məlumat yayılıb.

Bundan əvvəl eyni cinayət işi üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili və DİN xüsusi əməliyyat departamentinin rəisi İrakli Kodua müxtəlif həbs cəzaları almışdı.

Xatırladaq ki, V.Qelaşviliyə hücum 2005-ci ildə həyata keçirilib. DİN əməkdaşları keçmiş deputatı Tbilisinin mərkəzində saxlayaraq, onu maşından düşürüb və vəhşicəsinə döyüb.

İnsidentlə bağlı cinayət işi hakimiyyət dəyişikliyindən sonra 2013-cü ildə yenidən qaldırılıb.

Xudaferin.eu

21:00