Saakaşvilinin partiyası Tiflisdə qurultay keçirdi

Gürcüstanın başkəndi Tiflisdəki İdman Sarayında Vahid Milli Hərəkat Partiyasının VII qurultayı keçirilib. Qurultayın açılışında dövlət himni səsləndirilib. Qurultayı parlamentin keçmiş deputatı Petre Tsiskarişvili açıq elan edib. Qurultaya 7 min nümayəndə qatılıb. Tədbirdə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze də iştirak edir. Tədbirə qatılanlar arasında hərəkatın lideri, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs, anası Giuli Alasaniya qatılıblar.

Qururltayın davam etdiyi ərəfədə Mixail Saakaşvili Vaşinqtondan qurultay iştirakçılarına müraciət edib. Tədbirdə çıxış edən partiya liderlərindən biri Nino Kalandadze bu gün partiya üzvlərinin Gürcüstanın müstəqilliyi kursuna sadiq qaldıqlarını bildiriblər. Hazırda həbsdə olan hərəkatın baş katibi Vano Merabişvilinin yenidən bu posta seçiləcəyi bildirilib.  Qurultayda qeyd olunub ki, tədbirdə partiya sədri seçilməyəcək. M.Saakaşvili partiyanın dəyişməz lideri olaraq qalır.
Qeyd edək ki, Gürcüstanın eks prezieenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası ölkənin ana müxalifəti statusu ilə hələ də ölkə əhalisi arasında ən çox reytinqi olan siyasi qurum kimi öz şöhrətini saxlamaqdadır.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

21:57