Saakaşvili ukraynalıları Maydana çağırdı

 

Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ukraynalıları 17 oktyabrda Kiyevdə mitinqə çağırıb.
 

Bu barədə siyasətçi Xarkovda vətəndaşlar qarşısında çıxışı zamanı bildirib.

“Gəlin 17 oktyabrda göstərək ki, Ukrayna yorulmayıb. Ukraynada intellekt mövcuddur. Mübarizə aparmağı bacaran insanlar Ukraynada var. Gəlin göstərək ki, Ukraynada qələbə əzmi hələ də var. Ukrayna onları və xarici düşmənlərini məğlub edəcək”, - Saakaşvili deyib. Saakaşvili ukraynalılara layiq olduqları həyatı yaşayacaqlarına söz verib.

Qeyd edək ki, Ukraynada “Çəhrayı İnqilab”dan sonra, bir sıra oliqarxlar Qərbyönümlü demokratiya pərdəsi altında ölkədə hakimiyyətə gəlsələr də, ötən müddət ərzində onlar faktiki olaraq, ölkənin inkişafı üçün ciddi addımlar atmayıblar. Ukraynanın vilayətlərinin Rusiya tərəfindən hərbi işğalı və bu dərin problemin çözümü yönündə də hakimiyyətdə olan oliqarxlar ciddi addımlar atmırlar. Bütün bunlar isə sonucda Ukraynanın bir dövlət olaraq tam iflasına səbəb olan amillərdən biri hesab olunur. Postsovet məkanında ən radikal islahatçı lider kimi tanınan Mixail Saakaşvili məhz bütün bunların həll edilməsi üçün bütün gücü ilə tələb olunan addımları atmağa çalışır.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”   

09:37