Saakaşvili Ukraynada partiya yaradır

Keçmiş qubernator Mixail Saakaşvili Ukraynada yeni siyasi partiyanın yaradılacağını bəyan edib. “Biz məqsədi cəmiyyətin tör-töküntülərindən ibarət hazırkı siyasi elitanı dəyişmək olan yeni siyasi güc yaradacağıq”, – Saakaşvili Kiyevdə brifinq zamanı deyib. Odessa oblastının eks-qubernatoru həmçinin bəyan edib ki, Yuxarı Radaya erkən parlament seçkilərinə nail olmaq istəyir.

Qeyd edək ki, Mixail Saakaşvili dünya siyasətində 2002-ci ildə Gürcüstanda azad seçkilər sonucu olaraq, iqtidara gəldikdən sonra, postsovet məkanında ilk dəfə olaraq əsil demokratik proseslərə başlamış və bununla da dünya demokratik hərəkatında xüsusi çəkiyə malikdir. Onun prezidenti olduğu 2002-2010-cu illərdə Gürcüstanda faktiki olaraq rüşvətxorluğun qarşısı alınmış, ölkənin demokratik əsaslarla idarə edilməsinin də təməli qoyulmuşdur. Prezidentlik dönəmi bitdikdən sonra, Ukraynaya getmiş və burada 2013-cü ildən başlayaraq, Odessa vilayətinin qurbernatoru seçilmişdir. Ötən müddətdə Odessa vilayəti artıq Ukraynanın demokratiya beşiyi sayılmaqdadır.

Xudaferin.eu 

12:28