Saakaşvili ilə Poroşenko arasında qarşılıqlı ittihamlar

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və rüşvətxorluqda ittiham edib. O, bu barədə “112 Ukrayna” telekanalının efirində çıxışı zamanı deyib. “Ukrayna höküməti sadəcə vəzifələrin alqı-satqısı ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtında Poroşenko bu pullardan məhrum olmuşdu”, - Saakaşvili bəyan edib.

Bundan başqa, Gürcüstanın sabiq prezidenti öz facebook səhifəsində Poroşenkonun iki qulduru dəstəkləməsi barədə də yazıb. “Bu gün Petro Poroşenko açıq şəkildə iki qulduru - Odessa büdcəsini mənimsəyən separatçı Truxanovu (Odessanın hazırkı meri) və regionun büdcəsini dağıdan Urbanskini dəstəkləyir”, - deyə Sakaaşvili narazılığını bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko isə bu gün Odessa vilayətinin yeni başçısının təqdimat mərasimində əvvəlki rəhbər Mixail Saakaşvilinin işini tənqid edib. "QORDON" nəşrinin yazdığına görə, prezident deyib ki, Odessa vilayəti bütün göstəricilər üzrə praktik olaraq geri qalır, burada aparılan heç bir islahat və sınaq özünü doğrultmayıb, Saakaşvili isə əsasən özünütəbliğlə məşğul olub.

Xudaferin.eu

15:04