Saakaşvili: “Hakimiyyətin köklü dəyişikliklərinə başlayırıq!”

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün "Facebook” səhifəsində Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib: "Bu gün bütün Ukraynadan təşəbbüs qruplarının yüzə yaxın təmsilçisi bizim ofisə toplanmışdı. Görüşümüz Ukrayna Təhlükəsizlik İdarəsinin müşahidəsi altında keçirilsə də, hamıda belə bir hiss vardı ki, biz vacib bir yeniliyin başlanğıcındayıq və köhnə siyasi klanlar bunu dayandıra bilməz. Biz Ukraynanın bütün regionlarında işə start vermişik”, - Mixail Saakaşvili yazıb.

O, tərəfdarlarını noyabrın 27-də Kiyevin mərkəzinə "Açıq Rada”ya toplaşmağa dəvət edib. "Biz ölkədə hakimiyyətin köklü dəyişikliklərinə başlayırıq!” – Saakaşvili qeyd edib.
Beləliklə də Mixail Saakaşvili “Xalq Məclisi” ideyasını irəli sürməklə Ukraynanın siyasi tarixində yeni dönüş mərhələsinə başlayıb. Bu yöndə, faktiki olaraq, ölkənin bütün Qərb bölgələri də Saakaşvilinin bu mövqeyini dəstəkləyiblər. Bununla yanaşı, Rusiyanın son illərdə Ukraynaya qarşı sarsıdıcı şəkildə vurduğu zərbələrin qarşısını sadəcə ənənəvi milliyyətçi baxışlarla deyil, həm də sosial şərtlər içində həll edilməsi kimi düsturlar indi irəli sürülməkdədir. Ukrayna siyasi analitiklərinin fikrincə Mixail Saakaşvilinin belə bir addım atması sayəsində ölkənin Qərblə uzlaşan və artan xətlə inkişafına böyük bir təkan ola bilər.

Xudaferin.eu

13:00