Saakaşvili azərbaycanlılara təşəkkür etdi - "HALALDIR ONLARA" - VİDEO

Gürcüstanda keçirilən Prezident seçkilərində fəallıq nümayiş etdirdiyinə görə eks-prezident Mixail Saakaşvili azərbaycanlılara təşəkkür edib.

Xudaferin.eu xəbər verir ki, azərbaycanlıların yaşadığı Qardabani rayonunun Birlik kəndinin səsvermədəki nəticələrini oxuyan Saakaşvili "Güc və Birlik" müxalifət blokunun daha çox səs topladığını öyrəndikdən sonra bu sözləri deyir:

"Heç azərbaycanlıların yaşadığı Birlik Kəndindən məlumatım yoxdur. Nə baş verir? Yoxsa yenə onları sıxışdırırlarmı?Azərbaycanlılara halaldır. Azərbaycan çox sağ ol! Dostum sizlər."

Xudaferin.eu


 

14:58