“Rəvan Sığorta”nın sığorta kələkləri

Redaksiyamıza açıqlama verən ünlü şair, aşıq və xalq yaradıcılığının mahir bilicisi Həmid Ormanlı bildirdi ki, oktyabrın 27-də “Nissan Sunny” markalı 90 SZ 043 dövlət nömrə nişanlı maşını ilə qəzaya düşmüb. Maşın “Xalq Sığorta”da icbari sığorta və “Rəvan sığorta”da isə tam sığorta olunub. Maşın NBS bankda kredit balansındadır. Kredit borcumu ödəmək üçün 25 ayım qalıb (təxminən 4000 AZN ). Hər ay 20 gün öncədən nizamla ödənişlər etmişəm. Ümumilikdə maşına 17000 AZN ödəməliyəm. İndiyədək 13000 AZN kredit ödəmişəm. Maşınımla bağlı özümün də günahı olmadan qəza hadisəi baş verib. Bu hadisənin onlarca sayda canlı şahidləri də var. Hətta DYP-nin əməkdaşları belə, qanunla protokol tərtib etdikləri zaman şahid kimi ifadə veriblər.

Bundan sonra, müvafiq sənədləri hazırlayaraq, sığorta olduğum şirkətlərə rəsmi ərizə ilə müraciət etmişəm. Sağ olsun “Xalq Sığorta”nı heç bir süni əngəl törətmədən boynuna düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfin maşınını düzəltdirdi. Ancaq “Rəvan Sığorta” nə icdimaiyyətin nümüyəndələrini, nə bu işin həlli üçün onlara zəng vurmuş millət vəklinin sözünü, nə jurnalist dostların narahatlığına məhəl qoymur. Özlərini elə aparırlar ki, sanki bu ölkədə nə qanun tanıyır, nə də əməllərindəki qanunsuzluqlaqrdan çəkinirlər. Baş verənlərə görə heyrətedici bir işdir. Maşınımın vuruğuna 3-4 min AZN, özümə isə dəyən ziyana görə və NBS bankın borcunu ödəməyim üçün mənə 6200 AZN təklif edir. Üzümün abrınnan, daşıdığım soyaddan, imzamdan və əjdaha dünyanın qaydalarını “Rəvan Sığorta”nın  və onun da daxil olduğu “Nurgün” şirkətinin gücünü az-çox təsəvvürümə gətirirəm deyə, razılaşmalı oldum. Ancaq nə olsun? Kağızda ayırdıqları o, cüzi məbləği belə həftələrdir məni get-gəllərə, “zaftra-zaftra”ya, bu gün get sabah gəllərə salıb vaxtında ödəmirlər. Ev-eşik, iş güc hamısı ərəb saçına dönüb. Qərara gəldim ki, baş verənləri mətbuata çıxarım. Bəlkə aidiyyatı qurumlar problemə müdaxilə edələr. Ümüdvaram ki, dövlətimizin gücünü göstərərək “Maliyyə Bazarlarına Nəzarət Palatası” dişsiz qurum olmadığını sübut edəcək. Korrupsiya idarəsi ödəniləcək məbləğin nə dərəcədə vicdanla hesablanmasını  və nədən bu qədər gec ödənilməsinə reaksiya verəcək”.

Xudaferin.eu

15:09