Rusiyaya qarşı yeni hərbi ittifaq: Azərbaycan da var

 

Natiq Miri: “Moskva bu hadisəyə ciddi qıcıqlanacaq”

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli formatda hərbi əməkdaşlığa start veriblər.Məsələ İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə və Gürcüstan müdafiə nazirləri Fikri İşıq və Levan İzoriya arasındakı görüşdə müzakirə olunub.L. İzoriya sənədin mayın sonunda 3 ölkənin müdafiə nazirlərinin Batumidə keçiriləcək görüşündə imzalanacağını söyləyib.Memorandum müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.Rəsmilərin bildirdiyinə görə on gün sonra Batumidə nazirlərin görüşü keçiriləcək.Azərbaycanın müdafiə naziri də bu görüşə qatılacaq.Beləliklə də üçtərəfli əməkdaşlığın formatı müzakirə olunacaq. Ekspertlərin fikrincə, üçtərəfli formatda qurulan hərbi əməkdaşlıq Rusiyanı qıcıqlandıracaq.Hətta bu ölkənin ciddi addımlar atması da istisna olunmur.

Politoloq Natiq Miri bununla bağlı deyib ki, üçlük formatında hərbi yöndə imzalanması nəzərlə tutulan memorandum əsasən regionda, xüsusilə də Cənubi Qafqazda həm Gürcüstanın, həm də Azərbaycanın bilavasitə təhlükəsizlik sistemi ilə əlaqəlidir. Hələlik bunun formatı birmənalı müəyyənləşdirilməyib: “Düşünürəm ki, müzakirələr çərçivəsində bunun formatı da tapılacaq və bu konteksdə Gürcüstan bir NATO dövləti tərəfindən müəyyən mənada təhlükəsizlik baxımından təminat altına alınacaq. Ona görə də bu çox əhəmiyətli bir sənəddir.Eyni zamanda bu əməkdaşlıq forması həm də Cənubi Qafqazda təhlükəsizlik baxımından zəmanət verən bir olaydır və müəyyən qədər rəng qatacaq”.

Üçtərəfli hərbi əməkdaşlığın Rusiyanı qıcıqlandırması məsələsinə gəlincə, Natiq Miri qeyd edib ki, Rusiya birmənalı olaraq bu gün də ciddi reaksiya verməsə də, ancaq məsələ təbii ki, bu ölkəni qıcıqlandıracaq: “Türkiyənin Qafqaza müdaxiləsini Rusiya heç bir vəchlə həzm edə bilmir. Çünki Rusiya həm Şimali, həm də Cənubi Qafqazı bütün olaraq görür və bunu özünün əhatə dairəsi saydığından hər hansı xarici müdaxiləni bu dairəyə qətiyyən qəbul edə bilmir.Onu da nəzərə almaq lazımdır ki, Suriya da əslində Rusiyanın əhatə dairəsi, geosiyasi sahəsi deyil.Amma bu gün Rusiyada həlledici, geosiyasi faktorlardan, oyunçulardan biri də məhz Rusiyadır.Rusiyanın bu məsələyə ciddi reaksiya verəcəyini gözləmirəm, ancaq ciddi qıcıqlanacaq.Ola bilsin ki, Asetiya və Abxaziya yönündə, yəni qondarma rejimlərlə bağlı geosiyasi addımlar atmaqla Gürcüstana, eyni zamanda Qarabağla bağlı hansısa təxribatlarla Azərbaycana müəyyən mənada mesaj göndərmiş olacaq.Rusiyanın mesajını təxminən bu yöndə görürəm”.

Alçina Amilqızı

Cebhe.info

 

09:27