Rusiyanın peyk televiziya operatoru Azərbaycan bazarına girmək istəyir

Rusiyanın peyk televiziya operatoru olan “Orion Ekspress” şirkəti Azərbaycan və Ermənistan bazarına çıxmağı planlaşdırır. 

Xudaferin.eu-nun məlumatına əsasən, bu barədə Report “Comnews” saytına istinadən xəbər verir.

Məlumata əsasən, şirkət Cənubi Qafqaz regionunda 2017-ci ildən fəaliyyətini genişləndirmək niyyətindədir. Bundan başqa, şirkət Qazaxıstan və Ukrayna bazarı ilə maraqlanır. Lakin Ukrayna ilə siyasi vəziyyət, Qazaxıstanda isə bu bazarın tənzimləmə qaydaları şirkətin bu planlarına çətinlik törədir.

Qeyd edək ki, 2016-cı ilin yazında “Orion Ekspress” və Gürcüstanın “Super TV” MMC bu ölkənin ərazisində peyk televiziya yayımına başlayıb. 2016-cı ilin ikinci yarısında layihəyə 500 abunəçi qoşulub.

“Orion Ekspress”in maliyyə gəlirləri 2016-cı ildə 3,5 mlrd. rubl təşkil edib. Bu, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2% çoxdur. Şirkətin il ərzində abunəçi bazası 5% artaraq təxminən 3 000 ev təsərrüfatı səviyyəsinə çatıb.

Xudaferin.eu

14:25