Rusiyadan Türkiyəyə zərbə: YPG-yə hərbi təlim verəcək

 

YPG sözçüsü Redur Cəlil yazılı açıqlamada Suriyanın şimal-qərbindəki Afrində Rusiyanın bir hərbi baza quracağını və YPG üzvlərinə hərbi təlim verəcəyini söylədi. Sözçü rus əsgərlərinin zirehli heyət daşıyıcıları və digər zirehli vasitələrlə bölgəyə çatdığını ifadə etdi.
 

“Reuters”in xəbərinə görə YPG sözçüsü razılaşma çərçivəsində Rusiyanın təşkilat üzvlərinə hərbi təlim vəd etdiyini də söylədi. Hələ təsdiqlənməmiş razılaşma məsələsində indiyə qədər Rusiya tərəfindən bir açıqlama gəlmədi. Ankara PKK-nın Suriya qolu olaraq tanınan YPG-ni və YPG-nin siyasi forması PYD-ni “terror təşkilatı” olaraq qəbul edilir və bu təşkilatla hər hansı bir əməkdaşlıq edilməsinə qəti qarşı çıxır.

Keçən həftə Baş nazir Binəli Yıldırım İŞİDa qarşı Rakka əməliyyatı məsələsində müttəfiq ölkələrin PYD ilə birlikdə hərəkət etmək yolunu seçdiyini söyləmiş və “bir terror təşkilatını istifadə edərək başqa bir terror təşkilatının yox edilə bilməyəcəyini tərəfdaşlarımıza açıqca bəyan edirik” demişdi.

ABŞ, Rusiya və Türkiyə Baş qərargah başçıları və yüksək səviyyəli hərbi səlahiyyətlilər bu səhər Antalyada “İraq və Suriyadakı prosesləri” müzakirə etmək üçün bir araya gəlmişdi.

 

Azadliq.info

 

10:27