Rusiya yenə Yekaterinanı köməyə «çağırdı»…

Ərdoğan Putinin Yekaterinalı otağındakı qəbuluna gərək Baltaçı Mehmed Paşa portretiylə gələydi.

Bizim saytlarda da manşet xəbərə çevrilən bu qəbul otağı olayına cavab elə Baltaçı Mehmed Paşanın portreti yetərindən artıq bir cavab olardı.

Niyə, məhz Baltaçı Mehmed Paşa?

Osmanlıda 1710-cu ilində bir əfsanənin qəhramanı olacaq Baltaçı Mehmed Paşa sədrəzəm təyin edildi. Artıq Rusya ilə savaş qaçınılmazdı. Fərman verildi, sədrəzəm ilə ordu çıxardıldı. Osmanlı-Rus gerginliyi savaş meydanında nöqtələnəcəkdi.

İşte asıl dedikodular da bu olaydan sonra başladı. Zira Rusya bu barışın şartlarını layıkıyla uygulamadı. Rus ordusunu hükümdarıyla beraber imha etmeyip kurtulmalarına imkan tanıdığı için herkes Baltacı Mehmed Paşa'ya kızgındı.

I Pyotr Poltovadakı qələbənin eyforiyası və xristiyan slavyanları üsyana təşviq edəcəyini düşünərək, türklərə hücum planladı.

Ancaq Pyotr ümid etdiyi kimi heç nə baş vermədi. Osmanlı ordusu çox sürətli hərəkət etdi və Dunay çayını keçdi. 60 min əsgərə qarşı 140 minlik Osmanlı ordusunu görən Pyotr, məğlub oldu. Sayca üstün olan Osmanlılar qısa müddətdə rus ordusunu mühasirəyə aldılar. İyulun 20-də bütün Rus ordusu Dunay çayına doğru sıxışdırıldı. Qaçmağa belə yer yox idi.

Rus ordusu səngər qazıb qalan əsgər və toplarla yaxşı bir müdafiə xətti qurdu. Lakin Osmanlılar uzun müddət Rusiya ordusunu mühasirəyə alacaq gücə sahib idilər. Ancaq rus ordusunun ərzaq və sursatları tükənməkdəydi.

Böyük Pyotr bu mühasirədən çıxılmaz vəziyyətdən qurtulmağın yollarını axtarırdı. Osmanlı ordusu son hücum əmrini səbirsizliklə gözləyirdi.

Sədrəzəm Baltaçı Mehmed Paşa da hücum əmri verməsi üçün uyğun anı gözləməkdəydi.

Bu anda tarixin gedişatını dəyişdirən bir şey oldu. Pyotrun arvadı, kraliça Yekaterina, Osmanlılara sülh təklif etmək üçün Baltaçı Paşanın çadrına gəldi.

Rusların bu gün də tumanına sığındığı alman çariça, şair demiş, «rus tanklarının girmədiyi yerə Yekaterina girdi». Gerisi təfərrüat…

Bu günədək bu hadisə barədə dedi-qodular bitməyib.

Osmanlı sədrəzəminin sadə bir kağız parçası ilə razılaşması mümkün deyildi. Ona və onun yanında olan mühüm dövlət xadimlərinə zərgərlik, pul və hədiyyələrlə dolu 7 araba göndərilmişdi. Bu puldan öz paylarını alan Sadaret Kethüdası Osman Ağa və Sadaret məktub daşıyanı Ömer Əfəndi edam edildilər. Sultan III Əhməd tərəfindən 20 noyabr 1711-ci ildə işdən çıxarıldı və Maldilinə sürgün edildi. Baltacı Mehmed Paşa 1712-ci ildə vəfat etdi.

Bu hadisəylə bağlı mən eşitdiyim əhvalat belədir: «Vəziyyətin çıxılmazlığını görən Yekaterina Baltaçı Mehmed Paşanın çadrına gəlir. Satlarca orada qalır. Arada gözətçi yeniçəri gəlir və deyir ki, paşam, paşam Rusiya bizə hücuma başladı. Paşa deyir: «Qorxma əsgər, bütün Rusiya mənim yatağımdadı»…

Beli qırılmış Baltaçı Paşa bir ulusun gələcəyini «belini qorumadığı üçün satdı». Pyotr xilas oldu və faktiki böyük qələbə əldən verildi.

Son Ərdoğan-Putin görüşündə Yekaterinanın ortaya çıxması işarətini dərindən düşünmək zamanıdır. Suriya çöllərində çarəsizliyə düçar olmuş Rusiya bununla nə demək istəyir?!

 

Əgər I Yekaterina və onun əri I Pyotr tarix səhnəsindən zamanında endirilsəydi, nə III Pyotr və manyak qadın kimi məşhur olan II Yekaterina, nə də III Roma statuslu Rusiya imperiyası olmayacaqdı. Xatırladaq ki, II Yekaterinanın Avstriya imperatoruna türk torpaqlarını bölüşdürmək haqqında etdiyi təklif tarixi faktdır. Belə ki, Rusiya XVIII əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində “Yunan layihəsi”ndən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün real addımlar atmağa başlayıb. Hazırlanmış hərbi əməliyyat planına görə, Rusiya Osmanlını iki cəbhədə — Balkanlarda və Cənubi Qafqazda savaşmağa məcbur etmək istəyirdi. Rusiya İmperiyası Osmanlı ilə müharibə başlayana qədər Azərbaycanın Dərbənddən Bakıya qədər olan torpaqlarını işğal etməyi və burada güclü ordu yerləşdirməyi nəzərdə tuturdu. II Yekaterina Q.A. Potyomkinə göndərdiyi sərəncamlarından birində yazırdı ki, Balkanlarda Osmanlı ilə müharibə başlanacağı təqdirdə şimal-şərqi Azərbaycan torpaqlarında yerləşdirilmiş rus ordusu qəflətən Gürcüstan vasitəsilə Türkiyənin sərhədlərinə yeridilməlidir.

Ruslar'ın  İsveç ile yaptıkları savaşlar sırasında esir alındı.

 

Burada işarət olunan məqam isə budur: «Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi.

Prut savaşından sonra 1712'in Şubat ayınca Çar ile resmen evlendi ve 1724'te taç giydi.

 

Osmanlı dövləti Prussiya, Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi.Lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi.Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi.1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi.Avstrya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər.Belqradı ələ keçirən Avstrya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-ci ildə İsmyıl qalasını ələ keçirdi».

Mən Ərdoğanın yerinə olsaydım görüşə Baltaçı Pşanın portreti ilə gələrdim. Anladardım ki, qurduğunuz bu səltənətin kökündə bizim əcadların eyş-işrət və ehtirasları durur…

Xaqani Ədəboğlu,
/veteran.az/

 

Bonus: Erhan Afyoncu-Baltacı ve Katerina

 

Petro 1709'da Poltova'da İsveç'e karşı muazzam bir galibiyet kazandı. Savaştan kaçan İsveç kralının Osmanlı'ya sığınması ise başka bir savaşın kapısını açacaktı.

13:57