Rusiya vətəndaşlarını təxliyyə etdi - Yəməndən

Rusiya, Yəmənin paytaxtı Sənadakı səfirlik əməkdaşlarını və orada yaşayan vətəndaşlarını təxliyyə edib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan “SPA”xəbər verib. Məlumatda bildirilir ki, Rusiya, Yəməndə əməliyyat keçirməyə hazırlaşan Səudiyyə Ərəbistanı rəhbərliyi altında koalisiya qüvvələri ilə koordinasiyalı şəkildə səfirlik əməkdaşlarını və vətəndaşlarını təxliyyə edib.

Rus təyyarəsinin vətəndaşlarını Səna hava limanından götürdüyü deyilir. Rusiya isə məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Xudaferin.eu

18:17