Rusiya sərhədinin 160 kilometrliyinə: NATO əsgərləri toplandı

NATO Rusiyanı qəzəbləndirən daha bir addım atıb.

Norveçin şimalında 8 min NATO əsgəri Rusiya sərhədinə yaxın 160-300 kilometr məsafədəki Finnmark bölgəsində təlimlərə başlayıb. Hərbi təlimə təkcə ABŞ və İngiltərədən 700 əsgər qatılıb.

Norveç Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, Norveç əsgərlərinin üstünlük təşkil etdiyi təlimlər “Joint Viking 2017” adlanır və böhran anında vəziyyətdən çıxış yolunu praktik cəhətdən tətbiq etməyi öyrənmək məqsədi daşıyır. Silahlı Qübvvələrin sözçüsü Ivar Moen dövlət radiosuna açıqlamasında təlim zamanı havada savaş təyyarələrinin, helikopter və yük təyyarələrinin uçuşunun qadağan edildiyini bildirib. Məqsəd təlimlər zamanı təhlükəsizliyi tam təmin etməkdir. 15 marta qədər davam edəcək təlimlərdə ABŞ Quru Qoşunları, ABŞ Donanması və İngilis Kral Donanmasından 700 əsgər iştirak edir.

Xəzər

Cebhe.info

 

09:39