Rusiya Qarabağla bağlı “Bakı Platforması”na münasibətini açıqladı

Rusiya Qarabağla bağlı “Bakı Platforması”na münasibətini açıqladıRusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında xalq diplomatiyasının rolunu yüksək qiymətləndirir. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan Sülh Platformasının münaqişənin həllinə verə biləcəyi töhfəni şərh edərkən deyib. Onun sözlərinə görə, münaqişə tərəflərinin ictimaiyyətinə münaqişənin sülh yolu ilə həllinin alternativinin olmadığını çatdırmaq lazımdır: “İstənilən təşəbbüs buna yönəlməlidir. Biz istənilən ictimai təşəbbüsləri dəstəkləyirik”.

Hurriyyet.org

11:44