Rusiya Krımı tərk etmədiyi müddətcə sanksiyalar davam edəcək

 

ABŞ Krımı tərk etmədiyi müddətcə Rusiyaya tətbiq edilən sanksiyalara son qoymağı planlaşdırmadığını açıqlayıb.
 

Ağ Evin sözçüsü Şon Spayser (Sean Spicer) gündəlik mətbuat toplantısında bir sual qarşısında deyib ki, Rusiyaya Krımın işğalına görə tətbiq edilən sanksiyalara son qoyulması gündəmdə yoxdur. Sanksiyalar mövzusunda 2 ayrı paket mövcuddur. Birincisi Krıma görə tətbiq edilənlər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi mövzuyla əlaqəli Təşkilatda konkret danışdı və Rusiya Krımı tərk etməyəcəyi müddətədək sanksiyalara son qoyulmayacaqdır. Spayser sanksiyalara sadəcə Konqresin təsdiqi ilə son qoyulmasını nəzərə alan qanun layihəsinə dair məlumat verməkdən isə imtina edib.

Xudaferin.eu 

10:00