Rusiya düşmənə silah daşımaqda davam edir - ölkələr arasında gərginlik qalır

Moskva daha heç bir izahat verməyəcək,  münasibətlərin sonrası necə olacaq?

Azərbaycanın etirazlarına baxmayaraq Rusiya Ermənistanı silahlandırmaqdadır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyədə “Haber Qlobal”a verdiyi “Bu gün Ermənistana ”İl-76" təyyarələri gəlməkdə davam edir. Ermənistan 500 tondan artıq silah alıb.

Bunlar nə məqsədlə gətirilir? Bu suala hələ cavab ala bilməmişik" açıqlaması bir daha göstərdi ki, Rusiyanın silah daşınması ilə bağlı verdiyi izahatlar həqiqəti əks etdirmir. Hikmət Hacıyevin açıqlamsından o da göründü ki, hakimiyyət Rusiyadan hələ də narazıdır, münasibətlərdə gərginlik qalır. 

 

Aydındır ki, Moskva daha heç bir cavab, izahat verməyəcək. Amma münasibətlər aydınlaşmalıdır. Necə? Bakı güzəştə gedəcək, yoxsa nə etməlidir?

Qabil Hüseynli: "Konvensiyanın imzalanması hələ son hədd deyil"

style="box-sizing: border-box; background: 0px 0px; color: rgb(66, 139, 202); text-decoration-line: none;">Qabil Hüseynli

Politoloq style="box-sizing: border-box; background: 0px 0px; color: rgb(66, 139, 202); text-decoration-line: none;"> Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycanın münasibətləri demək olar açıq və şəffaf surətdə ortaya qoyulub. İndiyə qədər pərdəli, əl altından aparılan rus siyasəti bütün konturları ilə artıq üzə çıxıb. İndi hər kəs bilir ki, Rusiya Ermənistanı tam müdafiə edir, Tovuz əməliyyatlarından sonra daha intensiv surətdə işğalçı ölkəyə müasir silahların, xüsusilə elektronik silahların daşınması prosesi həyata keçirilir: “Baxmayaraq ki, Rusiya daşınan o yüklərin tikinti materialları olduğunu bəyan edir, əslində Azərbaycan hakimiyyəti həqiqətin nə olduğunu bilir. Ermənistanın hava hücumundan müdafiə sistemləri təkmilləşdirilir. Qondarma işğalçı Ermənistanın ordusu tamamilə müasir rus silahları ilə təchiz edilməkdədir. Faktiki olaraq işğalçı ölkə bu yolla dəstəklənir və işğala davam etməsi üçün ona stimul verilir.

Biz Rusiyadan Ermənistana silah daşınması barədə daha hər hansı açıqlamanı gözləmirik. Çünki fakt ortadadır. Rusiyada müxalifət liderlərindən olan Yavlinskinin bir sözü var-200 ildir ki, Rusiya yalan danışır, bu yalanın həcmi indi daha da çoxalıb. Buna bənzər sözləri daha bir məşhur rus siyasətçi Çubays da demişdi. Yəni demək istəyirəm ki, Rusiya bizə yalan bir izahat verdi. Təbii ki, bu cür izahat bizi qane edə bilməzdi. Azərbaycan təkcə özünün milli kəşfiyyat idarəsi tərəfindən deyil, həm də digər dost və antirus meylli ölkələr tərəfindən də lazım olan kəşfiyyat materialları ilə tanışdır. Biz Ermənistana Rusiyadan silah daşınmasını, bu daşımanın marşrutunu müəyyən elədik. Sonuncu silah partiyasının bugünlərdə İrandakı Novruz keçid qapısı vasitəsilə Ermənistana göndərildiyi informasiyası bizə gəlib çatdı. Rusiya artıq açıq kartla oynamağa başlayıb, silah göndərməsi prosesini nəinki dayandırmır, əksinə, bir az da artırır. Özü də bu silahların hamısı pulsuz göndərilir. Guya yalandan KTMT-nn hansısa strukturlarını qurmaq üçün silahlar göndərildiyi deyilsə də faktiki olaraq işğalçı ölkə silahlandırılır".

Q.Hüseynlinin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında silah balansını Ermənistanın xeyrinə dəyişməyə çalışır: “Bundan ruhlanan ermənilər, müdafiə naziri David Tonoyan bəyan etdi ki, biz müdafiə silahları deyil, hücum silahları alırıq və yeni torpaqlar əldə etmək istəyindəyik. Əlbəttə, bu, sarsaq erməninin psixoloji təzyiqindən uzağa gedə bilməyən fikirdir. Bunlar keçən deyil. Artıq Azərbaycan dövləti və xalqı nəyin necə olduğunu yaxşı bilir”.

Politoloq qeyd etdi ki, Azərbaycan Rusiyadan hər hansı başqa izahat və başqa hansısa müsbət addım atılacağını, Rusiyanın Ermənistana silah göndərməsini dayandıracağını gözləməməlidir: “Azərbaycan bu cür gözləntilərə vaxt ayırmadan hərbi potensialını daha da artırmaqda davam etməlidir. Azərbaycan bu prosesi aparır. Məsələn, bu yaxınlarda İtaliyadan 10 ədəd çox müasir qırıcı təyyarə almışıq. Pakistandan da qırıcı təyyarələrin alınması gündəmdədir. Türkiyədən ”Atak" tipli helikopterlər alınıb. Yəni ordunun təchizatı, yeni ordu bölmələrinin yaradılması işi sürətlə gedir və getməlidir. Biz həm texniki resurlarımız, həm də canlı qüvvə resurslarımız sarıdan işğalçı Ermənistanı bir neçə dəfə qabaqlayırıq. Amma bizim görəcəyimiz işlər hələ çoxdur. Ordu quruculuğunun sürətlə davam etdirilməsi ilə yanaşı, ölkənin bütün potensialının müharibə relsləri üzərinə keçirilməsi prosesi başlanmalıdır. Yəni ölkənin maddi resurslarının, istehsal resurslarının, kənd təsərrüfatı resurslarının böyük hissəsinin hərbi relsə, hərbi ehtiyaclara yönəldilməsi vacibdir. Eyni zamanda biz cəmiyyətdə mənəvi saflaşmanı, rüşvət və korrupsiyaya qarşı mübarizəni, güclü kadr siyasətinin həyata keçirilməsini, vətənpərvər peşəkar insanların iş başına gətirilməsi prosesi daha da sürətləndirilməlidir. Bir sözlə, ölkənin bir güclü yumruq kimi birləşdirilməsi üçün əldə olan bütün imkanlardan istifadə edilməlidir. Milli həmrəylik var, onu daha da möhkəmləndirməliyik. Onun inkişafına mane olan əngəlləri aradan qaldırmalıyıq. Bütün siyasi qüvvələrin həmrəyliyini yaratmaq istiqamətində addımlar atmalıyıq. Azərbaycan həmçinin Türkiyə ilə hərbi müttəfiqliyi hüquqi müqavilələr səviyyəsində daha yüksək səviyyəyə qaldırmalıdır. Bunun üçün lazım olan addımlar atılmalıdır. Pakistanla və digər dost ölkələrlə hərbi əməkdaşlıq dərinləşdirilməlidir".

xudaferin.eu

11:20