“RUSİYA CƏMİYYƏTİNİN TÖR-TÖKÜNTÜSÜ"NÜN QARABAĞ SƏFƏRİ

 

 “Belə yöndəmsiz davranış “sayəsində” Lapşinə kömək edə bilməzlər, ancaq onunla qonşu kameraya düşməyi bacarararlar”

Rusiyalı politoloq Denis Korkodinovun “Azeri.Today” saytında dərc edilmiş məqaləsi belə adlanır. Məqalə müəllifi ermənipərəst blogger Anton Nosikin dəstəbaşılığı ilə Azərbaycanın işğal edilmiş Qarabağ torpaqlarına qanunsuz səfər edən bir qrup blogger və jurnalistin təxribatçı addımına etirazını bildirib. Materialı nəzərinizə çatdırırıq:

2017-ci il martın 19-da bir qrup rusiyalı blogger və jurnalist Azərbaycan Respublikasının dövlət sərhədini kobud şəkildə pozaraq, Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

Bu təxribatın təşəbbüskarının Ermənistan olduğu tamamilə aşkardır. Məqsəd Qarabağ regionunu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan beynəlxalq hüquq normalarına məhəl qoymadıqlarını aşkar şəkildə nümayiş etdirməkdir. Azərbaycan dövlət sərhədinin pozulmasına formal bəhanə isə rusiyalı-israilli blogger Aleksandr Lapşinin Dağlıq Qarabağa qanunsuz səfərinə görə, İnterpol xətti ilə Belarus ərazisində tutularaq Bakıya təhvil verilməsidir. “Rusiya cəmiyyətinin tör-töküntüsü”ndən ibarət qrup – Anton Nosik, Anton Merkurov və Svetlana Bolşakova onunla həmrəy olduqlarını bildirmək üçün erməni tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarına desant yürüşü təşkil ediblər. Bu məsələ ilə bağlı nə demək olar? Mənim fikrimcə, bu nə qorxmazlıq, nə də Lapşinlə həmrəylik nümayişidir, sadəcə, elementar axmaqlıq və ədabazlıqdır. Belə yöndəmsiz davranış “sayəsində” Lapşinə kömək edə bilməzlər, ancaq onunla qonşu kameraya düşməyi bacarararlar. Lapşinin cinayət işi ilə bağlı məhkəmə presedenti sayəsində günahkar şəxslərin cəzalandırılmasının labüdlüyü reallığa çevrilir. Bu, Azərbaycana imkan verir ki, dövlət hakimiyyətinə qarşı yönəlmiş və sərhədin qanunsuz şəkildə pozulmasına sövq edən çağırışlarla bağlı cinayət işlərinin qaldırılmasını artıq mövcud olan təcrübə sayəsində praktiki olaraq “avtomatikləşdirsin”. Xatırladaq ki, Qarabağa səfər etmiş daha adlı-sanlı və nüfuzlu şəxslər sonradan Bakıdan üzr istəyiblər. Bəs, özlərini bütün Azərbaycana meydan oxuyacaq qədər cəsur hesab edən, ştatdankənar cılız blogger Nosik ilə onun mamır basmış komandası barədə nə deyəsən? Lakin bu halın xüsusiyyəti ondadır ki, Azərbaycan Respublikası heç kimə onunla təxribat dilində danışmağa imkan verməz, xüsusilə də, Anton Nosik, ya da Aleksandr Lapşin kimi mənfur şəxslərə. Aşkar şəkildə bəllidir ki, Azərbaycanın dövlət sərhədinin pozucuları öz davranışları ilə yalnız öz vəziyətlərini ağırlaşdırdıqlarını düşünmürlər. Onların “Qarabağ səfərləri”nin Azərbaycanın hüquq-mühafizə orqanlarının və Xarici İşlər Nazirliyinin tərəfindən diqqətsiz qalacağına ümid eləməyə dəyməz.
Əksinə, Azərbaycan tərəfi dərhal reaksiya verəcək, bu, dəfələrlə real şəkildə təsdiqlənib. Azərbaycan Respublikasının xarici siyasət idarəsinin mətbuat katibi və digər yüksək vəzifəli şəxslər dəfələrlə qeyd ediblər ki, peşəkar fəaliyyətlərini həyata keçirmək məqsədi ilə Azərbaycanın işğal edilmiş torpaqlarına səfər edən əcnəbilər Azərbaycan XİN-ə rəsmi şəkildə müraciət etməlidirlər. Bu qayda yalnız Azərbaycan qanunvericiliyinin daxili normalarından deyil, həm də beynəlxalq hüquq normalarından irəli gəlir – həmin normalara əsasən, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Buna məhəl qoymamaq – özünü bütün beynəlxalq ictimaiyyətdən üstün tutan tör-töküntü olmaq deməkdir. Olsun ki, anti-Azərbaycan təxribatında iştirak eləmək üçün Anton Nosik və komandasına nə isə vəd ediblər. Lakin, istənilən halda, heç bir maddi rifah öz azadlığını və şərəfini zərbə altına qoymağa dəyməz. Hələ bu cür səfərlərin həm də Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərdiyi barədə danışmıram. Hərçənd, məhz Nosik kimi tiplər üçün öz dövlətinin milli maraqları ancaq boş sözlər deməkdir.

 

Hurriyyet.org 

08:40