Rusiya ABŞ-dan olan 755 diplomatı ölkədən çıxarır

 

 

Vladimir Putin ABŞ-ın qoyduğu sanksiyalara cavab olaraq Rusiyadakı amerikalı diplomatların sayını azaltmağı qərara alıb

 

İyulun 28-də ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi ən böyük sanksiyaya Rusiya tərəfi cavab verib. Bu barədə xəbəri "İnterfaks" agentliyi yayıb. ABŞ konqresmenləri Krımın Rusiyaya ilhaqını və Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə iddialarını əsas gətirərək, Rusiyadan olan diplomatlara sanksiya tətbiq etmişdi.

İyulun 30-da Rusiyanın 1-ci kanalına danışan Vladimir Putin bildirib ki, ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq: "Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki heyətinin sayı ABŞ-dakı Rusiya diplomatları və texniki heyətinin sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər".

Azadliq.org

10:13