Rus əsgərləri PKK-çılarla Novruz şənliyində – Türkiyəni hiddətləndirəcək

 

Suriyanın Afrin bölgəsində hərbi obyekt quracağı bildirilən rus ordusu Türkiyəni hiddətləndirəcək kadrlarda yer aldı.
 

Hələbdəki Novruz şəhliklərinə qatılan rus əsgərləri PKK-nın Suriya qolu olan YPG bayraqları ilə poz verərək şəkillər çəkdiriblər. Bölgədəki rus əsgərlərinin komandiri Andrey Volkov isə şənlikdə qoluna YPG simvolu taxıb.
Qeyd edək ki, Türkiyə ilə 900 km-lik sınır boyunca qondarma “Kürdüstan” siyasətini ortaya atmaqla, əslində Rusiya kürdlərin vasitəsilə Bəşər Əsəd diktaturasının rejimini qorumağa çalışır. Bununla yanaşı, həm də Suriya və İraqda kürd etnik bölücülük işini ortaya qoymaqla, Qərb dövlətlərinin Orta Doğu siyasətlərinə qarşı yerəl silahlı dirəniş güclərini formalaşdırır.

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

11:48