Rus hərbçilər YPG terrorçuları ilə qol-qola gəzir

 

 

ABŞ və Rusiya hərbçiləri, Ərdoğanın “Bir gecə qəflətən gələ bilərik” anonsundan sonra Suriyanın şimalında lövbər salıb YPG terrorçularını qoruyurlar. Türkiyə sərhədi yaxınlığında yerləşən Arfinə terrorçuları qorumaq üçün gələn rus əsgərləri iki ayrı bazada yerləşiblər. Sərhədin lap kənarında çəkilən fotolardan görünür ki, rus hərbçiləri maşın karvanı ilə Hataydakı Reyhanlıq məntəqəsinin düz qarşısından keçərək buradan şərqdə yerləşən Afrinə gedirlər.

Türkiyənin Əl-Babı terrorçulardan təmizləyib Menbiçə üz tutumasından sonra, PKK terror təşkilatının Suriyadakı qolu YPG-yə qalxan olan ABŞ və Rusiya, Türkiyə hərbi təyyarələrinin Karaçok dağlarındakl terrorçuları vurması ilə bir addım da irəli gediblər.

 ABŞ hərbçilərininTürkiyə sərhədinə qədər gəlib YPG terrorçuları ilə çiyin-çiyinə növbədə durduğunu göstərən fotolar gündəmdən düşməmiş, bu səfər Rusiya hərbçiləri qərbdəki Afrində obyektivlərə tuş gəldilər. Türkiyə sərhədinin lap kənarında çəkilən təsvirlərdə rus hərbçilərinin maşın karvanı ilə Afrinə doğru irəlilədikləri görünür. YPG terrorçuları ilə çiyin-çiyinə şəkil çəkdirən rus hərbçilərinin iki ayrı bazada yerləşdikləri bildirilir. Qeyd edək ki, Türkiyənin nəzarəti altında olan Azez ilə Afrin məntəqələrinn arası təqribən 20 kilometrə bərabərdir.

Sərhəddə canlanma

 

Sərhədin cənubunda bunlar baş verdiyi zamanda Türkiyə tərəfində də hərbi tədbirlər tökülür. Şanlıurfanın Akçakale rayonundakı sərhəd xəttində zirehli texnika üçün səngərlər qazılır. Akçakalenin qarşısındakı Tel-Abyadda ABŞ hərbçiləri ilə YPG üzvləri birlikdə növbədə dururlar. Aprelin 27-də Akçakaledəki Tekçe sərhəd zastavasının keşikçi qülləsinə zenit mərmisi və raket atılmışdı. Türk ordusu dərhal, artıqlaması ilə hücumun cavabını vermişdi.

 

Əməliyyat siqnalı

 

Türkiyənin 2016-cı il, avqustun 24-də başladığı sərhəddənkənar “Fərat qalxanı” əməliyyatı nəticəsində Cerablus-Azez xətti qısa müddət ərzində İŞİD terrorçularından təmizlənib. Azad Suriya Ordusunun və Türkiyə xüsusi təyinatlılarının birgə apardıqları əməliyyat nəticəsində iki atdan artıq davam edən mühasirə nəticəsində İŞİD-in qərbdəki ən mühüm mərkəzi olan Əl-Bab şəhəri təmizləndi. Ankara Əl-Babdan sonra Menbiçə növbə çatdığını bildirdikdən sonra, ABŞ və Rusiya hərbçiləri eyni anda iki şəhərin arasına yerləşdilər. Türkiyənin YPG-yə hücumunun qarşısını almağı hədəf seçən iki ölkə, Əl Bab ilə Menbiç arasında bir xətt çəkmiş oldu. Xatırladaq ki, prezident Ərdoğan ötən şənbə günü verdiyi açıqlamada “Bir gecə qəflətən gələ bilərik”, - deyə xəbərdarlıq eləmişdi...

 

Hurriyyet.org

 

17:53