Rüqəyyə Səyyari: Həyat yoldaşım dedi, “yazılarımla bağlı sorğu-suala aparırlar”

Təqribən 20 gün öncə İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələrinin nəzarət altına aldığı Güney Azərbaycan Milli Hərəkatının fəalı və ünlü din xadimi Əbdüləziz Əzimi Qədimin həyat yoldaşı “Amerikanın Səsi” radiosuna açıqlama verib. Onun söylədiklərinə görə, Əzimi Qədim tutulduğu gün telefon edərək “telegram kanallarında yazdıqları ilə bağlı sorğu-sual üçün aparıldığını deyib, amma ondan sonra ailəsi ilə təmas qura bilməyib.

Qeyd edək ki, Höccətül-İslam Əzimi Qədim təqribən 20 gün öncə Tehranda digər milli fəal Əli Bağıri ilə bərabər nəzarət altına alınıb. Rüqəyyə Səyyari həyat yoldaşını həbs edən qurumdan telefon təması gözləməkdən başqa əlindən bir iş gəlmədiyini deyir. Harada olduğunu bilmirəm. Təkcə Tehranda olduğunu bilirəm... Tehrana getməmişəm. Deyirəm ki, gedərəm cavab verməzlər. Telefon gözləyirəm.

Ruqəyyə Səyyari: “20 gündür zəng vurmayıblar. Əvvəldə tutulduğu gün zəng vurdu dedi, Telegramdakı yazılarım haqqında sorğu-suala aparırlar. O vaxtdan bu yana xəbər yoxdur. Harada olduğunu bilmirəm. Təkcə Tehranda olduğunu bilirəm... Tehrana getməmişəm. Deyirəm ki, gedərəm cavab verməzlər. Telefon gözləyirəm,” deyə məhbusun həyat yoldaşı söyləyir.
Əzimi-Qədim 2005-ci ildən bəri Güney Azərbaycanın və ermənilərin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqları uğrunda apardığı mübarizəsu ucbatından dəfələrlə İran mollakratiya rejiminin təhlükəsizlik və məhkəmə qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç dəfə xüsusi bəyanat yayıb.

Amerikaninsesi.org

 

11:55