Rumıniya portalları Azərbaycanın erməni işğalçılar tərəfindən viran qoyulan rayonlarından fotolar yayıb

Rumıniyanın nüfuzlu “News24hours” və “Redactia.info” xəbər portalları  AZƏRTAC-ın çəkiliş qrupu tərəfindən Füzuli şəhəri, Zəngilanın Mincivan qəsəbəsi və Cəbrayılın Böyük Mərcanlı kəndindən çəkilmiş görüntüləri təqdim edib.

Materiallarda düşmənin törətdiyi ağlasığmaz vəhşiliklər, ölçüyəgəlməz dağıntıların görüntüləri yer alıb. Qeyd olunub ki, ərazilərin geri qaytarılması Azərbaycan xalqı üçün nə qədər sevindirici olsa da, fotolarda əks olunanlar bir o qədər də ürəkağrıdıcıdır.

Diqqətə çatdırılıb ki, Ermənistanın işğal altında saxladığı ərazilərdə dağıntılar törətdiyi əvvəlcədən bilinsə də, faciənin miqyasının bu dərəcədə böyük olduğu təsəvvür edilmirdi.

Bildirilib ki, bu mənzərələrin, əslində, heç bir şərhə ehtiyacı yoxdur, fotolar bütün həqiqəti təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi, sanki bu yerlərdən vəhşi qəbilə keçib.

İqbal Hacıyev

Xudaferin.eu

14:27