Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək

 

Rumıniyadakı etiraz aksiyalarının miqyası səngiməyə başlasa da, nümayişlər davam edir. Hökumət amnistiya və cinayət məcəlləsində dəyişikliklər barədə qalmaqallı qanun layihəsini geri götürmək qərarına gəlib. Buna baxmayaraq, Nazirlər Kabinetinin tam istefaya getməsini tələb edən insanlar əvvəlki kimi küçələrə çıxırlar. Fevralın 7-də axşam saatlarında Buxarestin mərkəzinə 5 min nəfər toplanıb. Bu gün isə Rumıniya parlamenti ölkə hökumətinə etimad məsələsini müzakirə etməlidir.
Bu arada Rumıniya prezidenti Klaus Yohannis Nazirlər Kabinetini sərt tənqid edib. Prezident parlamentdə çıxış edərkən böhrana rəvac verən hakim partiyanın onun həlli üçün tez bir zamanda təklif verməli olduğunu bildirib. Sosial-Demokrat Partiyasının deputatları dövlət başçısının sözlərinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

 

Xudaferin.eu

09:44