Rəsulzadənin çörək qıtlığı fəryadı: “Ata ac uşağının yanına əliboş gedir”

Bu gün Azərbaycan Cümhuriyyətinin liderlərindən biri, ADR-in Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gündən 134 il keçir. Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə Rəsulzadə haqqında da xeyli yazıları təqdim edib. 
 
 Rəsulzadənin 134 illiyi ilə bağlı onun barəsində silsilə yazılarını davam etdirir. İndi təqdim edəcəyimiz materialda Rəsulzadənin çox məşhur olmasa da, həddindən artıq aktual problemdən bəhs edən bir məqaləsini təqdim edir. Məqalə 1917-ci il, sentyabrın 13-də “Açıq söz” qəzetində çap olunub:

“Axır günlərdə çörək yoxluğu şəhərimizdə şiddətlə hiss olunmaya başlamışdır. Kooperativlərin qarşısı əli kisəli arvadlar, kişilərlə doluşuyor. Səhərdən axşama, bəzən də axşamdan səhərə qədər növbəyə durub, nəhayət evlərinə kisələri boş qayıdıyorlar. Təbiətdə boşluq yoxdur. Bütün gününü sərf edib də axşam ac uşaqlarının yanına əliboş qayıdan zavallı atanın, hamisiz və çarəsiz ananm bu “boşluğu” da əvəzsiz qalmayır. Əli undan, çörəkdən boş qayıdanlarm sinəsi kin və nifrətlərlə doluyor. Xeyriyyədə un veriyorlarmı? - deyə varid olan bir suala kisəsi qoltuğunda boş gedən qadınm bütün kainata nifrətlər yağdıran dilindən: Ey, xeyriyyə də xərabə qalsın! sözünü eşitdim və bu sözdəki dəhşəti haman hiss edərək tüklərim ürpəşdi. Xeyriyyə də xərabə qalsın! İştə, ac cəmaətin əhvali-ruhiyyəsini hekayə edən dəhşətli bir cümlə! Bu cümlə yalmz Bakıda söylənmiyor. Bu nifrət yalmz “xeyriyyə”yə yağdırılmıyor, bu nifrət və nifrəti yağdıranlar yalnız müsəlman acizləri, Verxni-Naqornı vətəndaşları degil, hər yan böylədir. Böylədir, - dedik: yanıldıq. Doğrusunu etiraf etmək lazım gəlirsə, Bakınm halı bir çox yerlərdən yaxşıdır. Əvət, yaxşısı buradır - denilir. İmdi artıq özünüz təsəvvür ediniz. Təsəvvür ediniz quraqlıq çəkmiş kəndləri, təsəvvür ediniz unun putu 10 manatlara qədər vuran yerləri. Əvət, çörək yoxdur. Bütün dünyanı öz çörəgi ilə doyuran Rusiya acdır, aclıqdan həlak oluyor. Aclıqdan məğlub, acından pərişan oluyor. Çörək yoxdur. Çünki çöllər əkilməmiş qalmış, çünki məmləkətin ən çalışqan və işlək qismi yerindən, yurdundan aynlmış, çünki gündəngünə artan və gündə 40 milyona qədər varan dövlət məsarifini ödəmək üçün müttəsil işləməkdə və bütün məmləkəti nəqd pullarla dolandırmaqda olan zərbxana pulun yarısını düşürməkdədir, çünki pulun miqdarı, dərəceyi-etibarı qalmamışdır, çünki fabrikalar, zavodlar istehsallarım əksiltmişlər, lazım olan məvadi xəlqə yetirə bilmiyorlar. Buna görə də kəndlilər var-yox buğdalarım şəhərlərə buraxmaq istəmiyorlar.


 

Çünki bizə etibarı yox kağız lazım degildir, çtoki kağız pula heç bir şey alamıyoruz diyoriar. Həqq də diyorlar. Buğda verəriz, bəşərte-inke bizə çit veriniz geyək, dəmir veriniz kotan yapaq, atımızı nallayaq - deyə, mətləblərini izah ediyorlar. Çit, nal, dəmir və sair mayəhtac hazırlayan zavodlar, fabrikalar kəndlilərin bütün bu həqli tələblərini yerinə yetirməkdən acizdirlər. Çünki dedik əvvəla, əmələbri yox, sonra xam materialları yoxdur. Olan əmələ material da kafi dərəcə və yarannca degildir. İstehsal azalmışdır. Bütün bunlara əlavə ediniz dəmir yollarınm tərtibsizligini. Əvvəla, yollar ləvazimi-hərbiyyə daşımaqla məşğul. Müharibənin namüsaidligi ilə nə qədər vaqonlar düşmənə qənimət olmuşdur. Daxildəki pozğunluqlar vaqonlarm, vaqondakı əmələbrm də fəaliyyətini əksiltmişdir. Bütün bunların bir səbəbi var. Hərb! Hərbdir bu bəlalara səbəb olan; horb olmasa bunlar da olmazdı. Çörək yoxdur, çünki hərb vardır. İştə, bütün bu əhvalı nəzəri-diqqət və tamla aldıqda insan iki qəziyyədən birini qəbul etmək məcburiyyətində qalıyor: Ya hərb, ya pörək! Bunların fıankısı qəbuf olunursa-olunsun; ancaq bir şey xatirdən çı- xarılmasın ki, bu iki qəziyyədən hər hanki birisi olsa da, qəbul etmək üçün qüvvətli bir idarp, bir hökumət lazımdır. Cəmaətə az-çox təsiri olan dairə və təşkilatlara lazımdır ki, burasım dərk edib müvəqqəti inqilab hökumətinin etibar və qüvvətini artırmaq üçün nə lazımsa etsinlər. Bunun üçün də hər şeydən əvvəl və hər növlə olsa da aclıqböhranmı çözətilmədə olsa belə rəf etmək lazım! Yoxsa Rusiya cümhuriyyətində achqpadşah təxtinə çıxar ki, nəticəsi hərcü-mərc, daha sonrasmı Allah bilir nədir!”
 
Qeyd: Məqalədə müəllifin dil və üslubuna toxunulmayıb. 
 
Hazırladı: Elmin Nuri

 

17:36