Ərşad Rəşad Salihi: “Hədəf türkman torpağı, milli kimliyimizdir”

 

“Bu gün Quzey İraq Türkman Elinin ən böyük bölgələrindən biri olan Təlafər bomboşdur. 500 min türkman əhalisini Türkiyənin güneyinə və İstanbulla Ankaranın arasına gətirilir. Bunu edənlər kimdir? Bunun arxasında gizli kəşfiyyat xidmətlərinin olmalarını heç kim inkar edə bilməz. Bunun nəticəsində Kərkükün üzərində baş verənlər hər kəsə bəlli oldu.

Bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı iraqlı deputat Ərşad Rəşad Salihi deyib.

“Qondarma İraq kürd muxtariyyəti birilərinin tapşırığı ilə referendum adı altında görün İraqı hansı duruma gətirəcəkdi. Kərkükün nə olduğu ilə bağlı hər kəs bizə lağ etdi, onsuz da hər kəsə bəllidir ki, Kərkükün altında neft bomba kimidir. Hər kəsin orada gözü var, o torpaq da türkman torpağıdır. Demək ki, hədəf öncədən torpaqlarımızdır, milli kimliyimizdir", - Salihi vurğulayıb.
Qeyd edək ki, bu prosesin belə bir duruma düşməsinin gizli səbəblərindən biri də Quzey İraqın Türkman əhalisindən tamamilə təmizlənməsinin sirri “Sevr” və “Lozan” anlaşmları tarixini bir dəfəlik silmək, tarixi Türkman Eli torpaqlarının ya “ərəbləşdirmək”, ya da kürdləşdirmək”dir. Bununla da, Türkiyənin və türklüyün tarixi izlərini İraq və Suriyada tamamilə silmək deməkdir.

Xudaferin.eu
“Avropa Bürosu” 

10:07