Rəqqa azad edildi

 

ABŞ və Türkiyənin dəstəklədiyi Suriya qüvvələri İslam Dövlətinin paytaxt elan etdiyi Rəqqanın tam azad edildiyini bəyan edib.

Şəhərdə təşkil edilən mətbuat konfransında Suriya Demokrat Qüvvələri (SDF) Rəqqanın idarəçiliyini rəsmən yerli rəsmilər və qəbilə başçılarına təhvil verib. Rəqqanın azad edilməsi Suriyada terrorla mübarizənin sonuncu mərhələsidir.

"Bizim terrorizm üzərindəki qələbəmiz və Rəqqanın azad edilməsi Suriyada terrorla mübarizənin sonuncu mərhələsidir", SDF komandiri Talal Sillo bildirib. Sillo beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını şəhərin yenidənqurma və bərpasına yardım göstərməyə çağırıb. Sillo deyib ki, Rəqqa uğrunda aparılan 4 aylıq mübarizə nəticəsində 655 yerli və xarici döyüşçü həlak olub.

Şəhərin geri alınması ələ keçirdiyi əraziləri itirməkdə olan İŞİD-ə qarşı böyük qələbə hesab edilir. İŞİD şəhəri 2014-cü ilin yanvar ayında ələ keçirərək, qəddar idarəçiliyinin episentrinə çevirmişdi.
Qeyd edək ki, Rəqqa şəhəri sadəcə Suriya üçün deyil, Türkiyə və eləcə də bütün Orta Doğu üçün ən mühüm strateji bölgə hesab olunur. Burada İŞID terror birləşmələri adı altında faktiki olaraq, psixopatların XXI yüzilin ən qorxulu və dəhşətsaçan terror eyləmləri baş verirdi. Şəhərin azad edilməsi bölgədə yaşayan Türkman, ərəb və kürd əhalisi tərəfindən böyük sevinclə qarşılanıbdır.

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

 

09:52