Rövşən Ağayev: “Istehlak xərcləri azı 40-45 faiz artıb, maaşlar isə cəmi 10 faiz”

Rövşən Ağayev: “Istehlak xərcləri azı 40-45 faiz artıb, maaşlar isə cəmi 10 faiz”Son 2 ildə 2 dəfədən çox ucuzlaşan milli valyuta insanların ən zəruri istehlak xərclərini ən azı 40-45 faiz artırıb. Bu barədə iqtisadçı Rövşən Ağayev Hurriyyet.org-a açıqlamasında bildirib: “Bunun müqabilində büdcə işçilərinin maaşı 2015-16-cı illərdə cəmi 10 faiz artırılıb”.

R.Ağayev qeyd etdi ki, gələn ilin büdcəsində maaşların artımı üçün 245 milyon manat nəzərdə tutulur: “2016-cı ilin büdcəsində əmək haqqı fondu üçün 3.833 milyard manat nəzərdə tutulmuşdu, 2017-nin proqnozunda isə 4.077 milyard manat nəzərdə tutulur”. “2016-cı ilin büdcəsində təhsil sektorunda əmək haqqı xərci kimi 1.229 manat, səhiyyə bölməsi üzrə 396 milyon manat, məhkəmə və hüquq-mühafizə bölməsi üzrə əmək ödənişi xərcləri 740 milyon manat, sosial müdafiə, təqaüd və sosial müavinətlər üçün 1.974 milyard manat nəzərdə tutulmuşdu. 2017-ci ilin büdcəsində təhsil sektorunda əmək haqqı xərci 1.247 milyard manat, səhiyyə bölməsi üzrə 386 miyon manat proqnozlaşdırılırr. Yəni səhiyyə bölməsi üzrə ötən ildən 10 miyon manat az vəsait nəzərdə tutulur. Məhkəmə və hüquq-mühafizə bölməsi üzrə 814 milyon manat, sosial müdafiə bölməsində təqaüd və sosial müavinətlər üçün 1.966 milyard manat proqnoz edilir,” - deyə R.Ağayev nəzərə çatdırdı.

Şamo,
(Hurriyyet.org)

12:11