Ərk Qalasının dağıdılmasına qarşı imza kampaniyasına başladıldı

Güney Azərbaycanın başkəndi Təbrizin Ərk Qalasının tədrici yolla Tehran rejiminin apardığı siyasətin nəticəsi kimi  dağıdılmasının qarşısını almaq məqsədi ilə internetdə İmzatoplama Kampaniyası başladılıb. Güney Azərbaycan Türklərinin bütün etirazlarına rəğmən Ərk Qalasının yaxınlığında “avtomobil parkingi”nin tikilməsinə dair layihənin icrası üçün lisenziya verilib. Layihənin icra edilməsi ilə bağlı “Təbriz Müsəllası Xeyriyyə Fondu”nun müdiri məlumat verdikdən sonra internetdə imzatoplama kampaniyasına start verilib.

Ekspertlər “qalanın ətrafında torpaq qazıntısı və inşaat işlərinin aparılması, tarixi qalanın məhv edilməsi ilə nəticələnəcək” deyə xəbərdarlıq edirlər. Güney Azərbaycan ictimai fəalları tərəfindən başladılan kampaniya Ərk Qalasının tədricən sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Kampaniya başlamazdan öncə parlament deputatlarına məktub da ünvanlamıb. Milli fəallar Ana Yasasının bir neçə maddəsini xatırladarq millət vəkillərini Ərk Qalasına sahib çıxmağa çağırıblar.
Qeyd edək ki, Ərk Qalası Türk dilində “Azadlıq” və “İstiqlal” anlamlarını verir. Ərk Qalası Güney Azərbaycanda tarixindəı milli memarlıq, tarixi və mədəni irs baxımdan nə qədər önəmlidirsə, eyni zamanda milli qürur mənbəyi kimi hər zaman dəyərli abidəölərdən biri sayılır.

Xudaferin.eu
 

12:53