Rəfail Becanov: “Mətbuat Şurasının bu qərarı reket jurnalistika ilə mübarizədə faydalı olacaq”

 

“Mətbuat Şurasının Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərinin artırılması və komissiyada Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələrinin təmsil olunmasını reket jurnalistika ilə mübarizədə faydalı olacağı qənaətindəyəm”.

Bu sözləri açıqlamasında “Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov bildirib.

R.Becanov hesab edir ki, bu qərarla təkcə jurnalistlərin deyil, həm də, mətbu orqanı ittiham edən tərəfin də məsuliyyəti artmış olur: “Mətbuat Şurasının sədri Əflatun Amaşovun məlumatına görə, bu tərkibin formalaşdırılması reket jurnalistika ilə mübarizədə həqiqətin əldə edilməsidir. Çünki bununla jurnalistləri, yaxud media orqanını ittiham edən tərəflərin də məsuliyyəti artırılır. Birgə fəaliyyət konkret şikayət üzrə fəaliyyətin araşdırılmasına imkan yaradacaq. Eyni zamanda ,jurnalistlərin və medianın qərəzli günahlandırılmasının qarşısını almaq olar”.

R.Becanov bu qərarı təqdirəlaiq hal kimi qiymətləndirib: “Bəzən həqiqəti yazsalar belə, məmurlar jurnalistləri günahlandırır və Mətbuat Şurasına şikayət edir. İndiki halda isə şikayət tam araşdırılarsa, müvafiq qurumların təmsilçiləri şikayət üzrə bu faktın olub-olmamasının doğruluğunu üzə çıxardarsa, vəziyyət dəyişəcək. Əgər jurnalist, yaxud medai orqanının əməlində reketçilik üzə çıxacaqsa, jurnalist, yaxud media orqanı cəzalandırılacaq”.

R.Becanov hesab edir ki, faktlar araşdırılarkən medianın həqiqəti yazdığı sübut olunacaqsa, o halda, şikayətçi tərəf cavabdeh qismində tanınacaq və iddiası rədd ediləcək: “Ona görə də birgə fəaliyyət təqdirəlayiqdir. Bu, eyni zamanda, faktları əldə edən, yaxud dəqiq informasiya əsasında yazı hazırlayan jurnalist və yaxud mətbuat orqanının həm də müdafiəsidir. Reketçiliklə məşğul olanlar isə risk edib reketçilik fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Hesab edirəm ki, komissiyanın üzərinə böyük yük düşür”.

 

Cebhe.info

 

06:33