Ərdoğan İdlibə hücumun risklərindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriyanın İdlib bölgəsinə hücumlar Türkiyəni humanitar risk təhlükəsi ilə üz-üzə qoyur. 

Xudaferin.eu xəbər verir ki, Ərdoğanın fikirlərini “Reuters” yayımlayıb.  

Türk lider bildirib ki, İdlibə hücum regiondakı təhlükəsizliyə mənfi təsir göstərə bilər. Ərdoğan beynəlxalq ictimaiyyəti İdliblə bağlı tədbirlər görməyə çağırıb. Prezidentin sözlərinə görə, əks halda, bundan bütün dünya zərər görəcək. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kremldə Moskva və Dəməşqin İdlibə hücumun vaxtının razılaşdırılıb-razılaşdırılmadığı ilə bağlı məlumat yoxdur.

Xudaferin.eu

16:19