Ərdəbildə xalq ayağa qalxdı

 

14 aydır maaş almayan fəhlələrin etiraz aksiyaları vüsət almaqdaıdr

Güney Azərbaycanın Ədrəbil şəhərində aylardır mitinqlər keçirib və müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra hər hansı bir nəticə ala bilməyən işçilər mitinq keçirməkdə davam edirlər.

Güney Azərbaycanın Ərdəbil şəhərindən “XUDAFERİN.EU”-YA daxil olan xəbərlərə görə, şəhərdəki dəmir əritmə fabrikinin fəhlələrinin 14 aylıq maaşı ödənilməyib. Neçə aylardır maaşlarını ala bilməyən işçilərin sayı 400 nəfərdən çoxdur. Onlar keçən bir il ərzində dəfələrlə Ərdəbil valiliyi binası önündə maaşlarının verilməməsi ucbatından etiraz aksiyaları keçiriblər.

Ərdəbil valisi Məcid Xudabəxşin mövcud olan problemin çüzümü məsələsində bildirib ki, o bu məsələdə acizdir və əlindən heç nə gəlmir. Onun bu açıqlamasından sonra, dəmir əritmə fabrikinin işçiləri fevralın 26-da yenidən etiraz aksiyaları keçirməyə başlayıblar. Bu dəfə isə onlar vilayətin “Əmək və Sosial Müdafiə İdarəsi”nin önündə toplaşıblar.
Qeyd edək ki, İran mollakratiya rejimini farslara və kürdlərə məxsus bölgələrdə heç bir zaman işçilərin hüquqlarının tapdalanması məsələsinə yol vermirlər. Ən adi işçinin belə hüquqları daim ən yüksək səviyyədə müdafiə olunur. Bununla yanaşı, həm də Güney Azərbaycan boyunca mövcud olan fabriklərin və digər emal müəssisələrinin çoxu ilkin istehsal vasitəsi kimi mövcuddurlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

09:23