Ərəblərin Azərbaycanda bədnam ovçuluğu

Yüzlərlə canlıların qanına qəltan edildi

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər, çox güman ki, nadir canlıları ovlamaqla məşğul olublar.  Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycana hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.
Qeyd edək ki, ölkə vətəndaşları tərəfindən belə bir ovçuluq addımları atılsaydı, iqtidar onlara qarşı ən sərt şəkildə davranışlar nümayiş etdirərdi. Son dörd ildə Milli Məclisin qəbul etdiyi qanunların böyük əksəriyyəti əhalini hər addımda cərimə etmək kimi atdığı addımlar da bunu sübut edir. Ancaq, əcnəbilərə gəldikdə isə, hakimiyyətin gözü kor, qulağı kar və dili lal olur.    

Baku.ws

11:27