“Ərəb baharı” Yaxın Şərqə 614 milyard ziyan vurub

2011-ci ildən sonra “ərəb baharı”na görə Yaxın Şərq ölkələrinin iqtisadi artımla bağlı itkisi 614 milyard dollar olub. Bu barədə BMT xüsusi ekspertlər qrupu hesab hazırlalyıb. Məlumatda qeyd edilir ki, 614 milyard dollar – bu, 2011-2015-ci illərdə regiondakı ümumi daxili məhsulun 6 faizi deməkdir. BMT-nin Qərbi Asiya üçün iqtisadi və sosial komissiyasının hesabatına görə, bu avtoritetli beynəlxalq təşkilatın itkilərlə bağlı ilk dəyərləndirməsidir.

Beləliklə də Misir, Əlcəzari, Tunis, Liviya, Suriya və İraqda sosial, iqtisadi, siyasi və digər proseslər bu günə kimi ağır durumdadır. Təkcə Suriyadan 3 milyondan çox vətəndaş Türkliyəyə və Avropa ölkələrinə miqrasiya ediblər. Bu rəqəm Misirə görə 5, İraqda 4.5, Tunisdə 1.7, Əlcəzairdə 1.2, Liviyada 1.1 milyon nəfər məcburi müharibə qaçqınları hesab olunurlar. Ərəb Baharı həm də diktatura rejimlərinin çöküşü ilə müşahidə olunumuşdur. Ancaq, bununla yanaşı, 2002-ci ildən üzü bu yana ərəb ölkələrinin heç birində normal cəmiyyət, iqtisadi və sosial proseslər inkişaf etmir. Bu yöndə çoxsaylı islahatların aparılması belə, həmin dövlətlərdə əsil vətəndaş cəmiyyətinin qurulmasına mane olur.

Xudaferin.eu

 

12:35