Rafael Ağayev kolumbiyalı azyaşlını sevindirdi - VİDEO

Kolumbiyadan olan Andres adlı azyaşlı karateçi azərbaycanlı idmançı Rafael Ağayevi görmək istəyindədir.

Xudaferin.eu xəbər verir ki, Andres bu istəyini Kolumbiyadakı TV-lərdən birinə verdiyi açıqlamasında dilə gətirib.

O bildirib ki, 13 yaşı olanda karate üzrə dünya çempionatına gedəcək və orda kumiri olan Rafael Ağayevlə görüşmək istəyir. Həmçinin Andres qeyd edib ki, beşqat dünya və onqat Avropa çempionu olan Rafaeldən görüş təklifi alsa, xoşbəxt olar.

Nəhayət bu istək Rafael Ağayevə çatıb. Rafael ona videogörüntü ilə öz salamını çatdırıb. İdmançımız bildirib ki, bir gün görüşəcəklərinə inanır.

Rafaelin bu videosundan sonra Andres şoka düşdüyünü və deməyə sözü olmadığını qeyd edib.

Xudaferin.eu


 

09:54