Qəzza yenə atəşə tutuldu: ölənlər var

İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində üç fələstinli həlak olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirliyinin rəsmisi Əşrəf əl-Kidra məlumat yayıb. 

İsrail hərbçiləri bildiriblər ki, HƏMASa məxsus mövqelərə anklavdan açılan atəşə cavab olaraq zərbə endiriblər.

İsrail tərəfi itkiləri barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, ötən cümədən sonra bu, ən ciddi qarşıdurmadır. 

Beş gün öncə fələstinli snayperin açdığı atəş nəticəsində israilli əsgər öldürülmüşdü. Buna cavab olaraq İsrail Qəzza zolağında yerləşən 70 HƏMAS obyektinə zərbələr endirmişdi.

Xudaferin.eu

13:22