Quzey Koreyada 340 nəfər edam olunacaq

Quzey Koreya Xalq Respublikasının diktatoru Kim Çen In 340 nəfərin edam edilməsinə dair göstəriş verib. Onların arasında hökumətdə yer alan 140 yüksək rütbəli zabit, hərbçilər və hakim partiyanın üzvləri var.

Güney Koreyada yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutu hesab edir ki, ölkə diktatoru öz hakimiyyətini gücləndirmək üçün edamlardan istifadə edir. Edam edilənlər arasında Kim Çen Inın qayını, Milli Müdafiə Şurasının sədr müavini Çan Sonq Taek də var.
Qeyd edək ki, Quzey Koreya diktatoru Yeni il bayramını qeyd etməyi qadağan edib. Onun qənaətinə görə, xalq İsa peyğəmbərə yox, onun öz nənəsinə sitayiş etməlidir. Bu ölkədə nə azad söz, nə azad mətbuat, heç internet xidməti də yoxdur. İnsanlar telefon və rabitə əlaqələrini ötən yüzilin 50-ci illərində olduğu kimi istifadəe dir.

Xudaferin.eu

13:11