Quzey Koredə hakimiyyət nümayəndələrindən başqa heç kimə benzin satılmır

 

Sentyabr ayının sonlarından KXDR-də kommersiya yanacaqdoldurma məntəqələrində Kore Əmək Partiyasının, hökumətin, silahlı qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli şəxsləri istisna olmaqla, bütün müştərilərə benzin satışı dayandırılıb.

Yaponiyanın “Asahi” qəzetinin yaydığı məlumata görə, benzin satışında olduqca sərt məhdudiyyətlər BMT Təhlükəsizlik Şurasının neft və neft məhsulunun ölkəyə idxalına məhdudiyyətlər qoymasından sonra yanacaq ehtiyatını artırmaq məqsədi daşıyır. Məhdudiyyətlər Pxenyanın keçirdiyi nüvə sınaqlarına cavab olaraq qüvvəyə minən sanksiya ilə bağlı tətbiq olunub.

Biq qədər əvvəl “Yonhap Agentliyi” ilin əvvəlindən bəri Quzey Koredə benzinin qiymətinin üç dəfə bahalaşdığı barədə məlumat yaymışdı. Quzey Kore hökuməti KXDR-in illik neft tələbatının 700-900 min ton civarında olduğunu hesablayıb. Bundan başqa, müharibə ehtimalına görə ölkədə 1 milyon ton yanacaq ehtiyatı var və bunun iki dəfə artırılması qərara alınıb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:44