Qurğular arasında internetsiz əlaqəyə imkan verən texnologiya təqdim olunub

 

“Google” şirkəti bir-birinə yaxın məsafədə yerləşmiş qurğular arasında şifrələnmiş genişzolaqlı rabitəni təmin edən “Nearby Connections API” texnologiyasının ikinci versiyasını çıxarıb.

“Nearby” qurğular arasında əlaqə qurmaq üçün “Wi-Fi” və “Bluetooth” modullarından istifadə edir. İnternetdən istifadə edilmir. Bu texnologiya cihazlar arasında məlumat mübadiləsinə imkan verir. Bu texnologiya çoxlu sayda insanın olduğu kiçik otaqda ünsiyyət saxlamağa kömək edəcək. “Nearby 2.0” texnologiyası artıq bütün istifadəçilər üçün əlçatandır.

Xudaferin.eu
“Avropa Bürosu”

00:09