Qubada radikal dindarlara qarşı əməliyyat: 23 nəfər tutuldu

 

Qubada qanunla qadağan edilən dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxslər saxlanılıb.

Martın 4-də Quba RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan Tehran Əmiraslanovun "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq evində yığıncaq təşkil etməsi müəyyən edilib. Baxış zamanı evdən 54 ədəd dini kitab və 16 ədəd audiokaset aşkar edilərək götürülüb və Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinə göndərilib.

T.Əmiraslanov və yığınacaqda iştirak edən 22 nəfər saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
 

Cebhe.info

 

12:01