Qətərlə Səudiyyə Ərəbistanının nümayəndələri əlbəyaxa dava ediblər

 

Kəngər (fars) Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Küveytdə keçirilən iclasında Qətər ilə Səudiyyə Ərəbistanının nümayəndələri arasında əlbəyaxa dava düşüb.

 

Toplantıda Səudiyyə Ərəbistanının nümayəndəsi çıxışı zamanı Qətəri nalayiq sözlərlə təhqir edib. Qətər nümayəndələri isə cavab verərək ayağa qalxıblar və bundan sonra əlbəyaxa dava başlayıb.

İclasın təhlükəsizliyini təmin edən mühafizəçilərin müdaxiləsindən sonra əlbəyaxa davaya son qoyulub. Hər iki dövlətin nümayəndə heyətinin bir yerdə olması problem yaratdığı üçün iclas dayandırılıb və başqa vaxta keçirilib. Əlbəyaxa dava sosial şəbəkələrdə də yayılıb.
Qeyd edək ki, Orta Doğunun yeni “jandarmı” rolunda çıxış etmək iddiasını sərgiləyən Səudiyyə Ərəbistanı bir sıra müsəlman ölkələrinə hərbə-zorba münasibət sərgiləməyə başlamışdır. Bu sırada Qətər dövləti də yer alır. Körfəz böhranı üzə çıxdıqdan sonra bu iki ölkə arasında gərginlik havası da da alovlanmaqdadır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:29