Qətər bəyan elədi! Boykot dayandırılmayana qədər müzakirə də olmayacaq!

 

“Röyters” Qətəri dəstəkləməyə gələn türk hərbçilərin fotolarını yayıb

Səudiyyə Ərəbistanının lideri olduğu 9 ölkənin iyunun 5-dən bəri diplomatik və ticarət əlaqələrini dayandırdıqları Qətər bu gün bəyanat verib. Doha hökuməti boykot ortadan qaldırılana qədər hər hansı bir müzakirənin mümkün olmayacağını bildirib. Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani ərəb ölkələrinin Qətərə qarşı iqtidasi boykot və səyahət qadağası ortadan qaldırılana qədər Qətərin məsələ ilə bağlı heç bir müzakirədə iştirak etməyəcəyini bəyan edib. “Röyters” informasiya agentliyinin məlumatına görə, əl-Tani deyib: “Qətərə qarşı blokada aradan qaldırılana qədər müzakirə olmayacaq. Müzakirələrin başlanması üçün boykotu aradan qaldırmaq vacibdir”.

 

Türk hərbçisi Qətərdə

 

Qətər böhranın baş verməsi ilə körfəz ölkəsinə hərbçi göndərmək qərarını verən Türkiyə manevrlər həyata keçirmək üçün ilk hərbi birliklərini oraya göndərib. Məşhur “Əl-Cəzirə” informasiya kanalı türk əsgərlərinin Dohaya çatdığını bildirib. Kanal hərbçilərin tankla keçidini göstərən bir videonu ekranlara gətirib. “Röyters” agentliyi isə Qətərdəki türk hərbçilərin iki fotosunu dünyaya yayıb. Qətərin müdafiə nazirliyi ilk manevrin türk hərbçilərin Tarık Bin Ziyad hərbi bazasında olan Qətər qüvvələri ilə birləşməsindən sonra keçiriləcəyini bildirib. Manevrlər iki ölkənin müdafiə qabiliyyətlərinin təsdiq edilməsi məqsədilə əvvəlcədən planlaşdırılmış müştərək razılaşmanın bir parçasıdır.

İyun ayının əvvəlində Türkiyə hökuməti ilə Qətər arasında hərbi əməkdaşlıq arasında razılaşma əldə edilmişdi. Türkiyə köfrəz ölkələrinin iyunun 5-də Qətərə qarşı embarqosuna qarşı Qətəri dəstəkləyir. Ankara tərəflər arasında vasitəçilik etməyi sınayaraq, böhranın həllini tapmağa çalışır.

 

İki həftəlik müddət bitdi

 

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn iyunun 5-də Qətərlə bütün diplomatik əlaqələri kəsdiklərini bildirmişdilər. Sonradan daha 3 ölkə onlara qoşulmuş, ölkələrində yaşayan qətərlilərin isə öz ölkələrinə qayıtmalarını tələb eləmişdilər. Hər iki tərəfə də verilən 14 günlük müddət ölkələrin yerli vaxtı ilə ötən gecə yarısı bitib. Blokadaya düşmüş Qətəri yalnız Türkiyə və İran dəstəkləyib.

 

Hurriyyet.org

 

09:27