Qərbi Balkan Altılığı Toplantısı keçirildi

 

Avropa İttifaqına namizədlik gündəmdə əsas məsələlərdən biri idi. Bosniya Herseqovinanın paytaxtı Sarayevoda Qərbi Balkan Altılığı adı ilə balkanlar üçün mühüm toplantı təşkil olunub. Bosniya və Herseqovina məclisində keçirilən yığıncaqda Bosniya Herseqovina Nazirlər Şurasının sədri Denis Zvizdic, Serbiya Baş naziri Aleksandr Vucic, Kosovo Baş naziri İsa Mustafa, Albaniya Baş naziri Edi Rama, Makedoniya Baş naziri Emil Dimitriev, Çernoqoriya Baş naziri Dusko Markovic, Avropa İttifaqı Komissiyasında məsul katib Yohannes Han və İtaliya Xarici İşlər naziri Angelino Alfano iştirak ediblər.

Yohannes Han Qərbi Balkan ölkələrilə ortaq iqtisadi bazar mövzusu ətrafında danışıb.

Avropa İttifaqına namizədlik gündəmdə əsas məsələlərdən biri olub.

Xatırladaq ki, Makedoniya, Serbiya, Çernoqoriya və Albaniya Avropa İttifaqına namizəd ölkələrdir. Kosova, Bosniya və Herseqovina isə potensial namizəd ölkələr siyahısındadır. Qeyd edək ki, Altı Balkan ölkəsinin növbəti toplantısı 12 iyulda namizədlik müddətilə bağlı olacaq və onlar İtaliyada bir araya gələcək.

Xudaferin.eu
“Avropa Bürosu”

08:25