Qərb hökumətin qarşısına hansı öhdəlikləri qoyub?

Bu tələblərin yerinə yetirilməsi üçün 2017-ci ilin fevral ayına qədər vaxt verilib

Oktyabrın 25-26-da Astanada (Qazaxıstan) EITI-nin (Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (Extractive Industries Transparency Initiative)) İdarə Heyətinin 35-ci iclası keçirilib. İclasın gündəliyinin əsas mövzuları vətəndaş cəmiyyəti təşkilatlarının, EITI fəalların müdafiəsi, həmçinin 2015-ci ilin aprel ayında statusu aşağı salınandan sonra Azərbaycanın EITI-də üzvlüyünün dayandırılmasının mümkünlüyü olub. 2 günlük iclasın sonunda EITI-nin idarə heyəti Azərbaycana şəffaflıq təşəbbüsünün tərəfdarı olduğunu nümayiş etdirmək imkanı verib.
EITI-nin idarə heyəti Azərbaycanda vətəndaş cəmiyyətinə münasibətdə dövlət siyasətində müəyyən irəliləyişin olduğunu etiraf edib. İdarə heyətinin iclasından bir neçə gün əvvəl Azərbaycan prezidenti vətəndaş cəmiyyətinə qarşı əvvəl tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fərman imzalayıb. Eyni zamanda tətbiq edilən tətbirlər EITI-dəki statusun dayandırılması təhlükəsindən tam yaxa qurtarmaq üçün də yetərli deyil. Dövlət hələ də EITI standartına cavab vermir. Xüsusilə də vətəndaş cəmiyyətinin fəaliyyəti üçün lazımı şəraitin yaradılmasına dair tələblər hissəsində. EITI idarə heyəti Azərbaycandan vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatına yönəlik və onların xaricdən maliyyələşməsinə imkan verən qanunların qəbulunu və dövlət siyasətinin dəyişdirilməsini tələb edib. EITI-də statusunun dayandırılmasından qaçmaq üçün Azərbaycan idarə heyətinin gələn ilin fevral ayına təyin edilmiş növbəti iclasına qədər bu şərtləri yerinə yetirməlidir.
“PWYP ümid edir ki, Azərbaycanın vətəndaş cəmiyyətinin müstəqil təşkilatlarını necə qəbul etməsi ilə bağlı həqiqi və uzunmüddətli dəyişikliklər qanunlarda öz əksini tapacaq, bu da fundamental vətəndaş azadlıqlarına, o cümlədən birləşmək və fikir ifadə etmək azadlıqlarına hörməti möhkəmləndirəcək. Əsl islahatlar ölkədə təbii ehtiyatların idarə edilməsi ətrafında geniş ictimai debatların keçirilməsi üçün şərait yaradacaq”, – deyə PWYP-nin icraçı direktoru Elisa Peter bildirib. Bu, ölkədə EITI standartının tətbiqi çərçivəsində hökumət və şirkətlərlə yerli vətəndaş cəmiyyəti təşkilatlarının daimi əməkdaşlığı üçün şərait yaradılmalıdır.
PWYP Azərbaycan hökumətini EITI idarə heyətinin müəyyən etdiyi kimi vətəndaş cəmiyyəti ilə əməkdaşlığı təmin etməyə çağırır. Bundan əlavə hökuməti aşağıdakı addımlara çağırırıq: vətəndaş cəmiyyəti təşkilatlarının liderlərinə qarşı siyasi motivasiyalı prosesual hərəkətlərə, onların təqib edilməsinə, cinayət məsuliyyətinə, vergi yoxlamalarına cəlb edilməsinə və cərimə sanksiyalarının artırlmasına son qoymağa; İnzibati xətalar məcəlləsinə, “Qrantlar haqqında”, “İctimai birliklər və fondlar haqqında”, həmçinin vətəndaş cəmiyyəti təşkilatları üçün yüksək cərimələrin və çətinliklərin ləğvi, maliyyələşmə əldə etmək üçün qaydaların sadələşdirilməsi məqsədilə digər qanunlara dəyişikliklərin edilməsinə çağırırıq; vətəndaş cəmiyyəti təşkilatlarını qeydiyyata almaqdan imtina üçün aydın hüquqi əsaslar müəyyənləşdirilməli, , oların qeydiyyatından imtinası üçün qeyri-müəyyən əsaslardan imtina edilməlidir; vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə əlavə inzibati yük qoyan təkrar qeydiyyat prosedurunu keçmək tələbinin ləğv edilməlidir.
Azərbaycan bu tədbirləri EITI idarə heyətinin 2017-ci ilin fevralında keçiriləcək növbəti görüşünə qədər həyata keçirməlidir, fevralda EITI-nin Standart proqresini yenidən qiymətləndiriləcək.

Xudaferin.eu

20:16