Qondarma “kürd muxtariyyəti” referendumunun nəticəsi ləğv ediləcək

 

Quzey İraqda etnik bölücülük siyasətinin tərkib hissəsi olan “kürd muxtariyyəti hakimiyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv edəcək.
 

Quzey İraq da saxtakarcasına elan edilən və bu yöndə hətta referendum keçirən “kürd muxtariyyəti” siyasəti həm Orta Doğu dövlətləri üçün, həm də bölgəsəl anlamda bütün Türk Dünyası üçün çox böyük təhlükə qaynağıdır. Ona görə də bu qondarma bölgə rejiminin hakimiyyəti “muxtariyyət” statusunun ləğvi üçün İraq hökumətindən özü üçün iki məsələdə zəmanət verilməsini istəyir. Muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılması və Quzey  İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq.
Bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. Nərcivan Bərzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Saxtalaşdırılan sənədlərə görə guya seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtar bölgə rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.
 

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

10:45